NƏŞRLƏRİMİZ

Məqalələrin təqdim olunma qaydaları

“Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur. Ətraflı

    • Statistika xəbərləri (2017-02)

    Statistika xəbərləri (2017-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2017-ci il II rübündə dərc olunan məqalələr “İqtisadi-statistik tədqiqatlar”, “2017-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Rəsmi statistikanın inkişafı”, “Beynəlxalq əməkdaşlıq”, “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölmələrindən ibarətdir. İqtisadi-statistik tədqiqatlar bölməsi “Uçot-analitik sisteminin formalaşmasında “xərclər”, “məsrəflər” və “tədavül xərcləri” anlayışlarının elmi araşdırılması”, “Azərbaycanda innovativ milli biznesin formalaşması və inkişaf istiqamətləri”, “İqtisadi inkişaf modelinin əsas strateji məqsədləri”, “Организационно-экономические проблемы управления затратами в системе управленческого учёта и пути их решения”, “Azərbaycanda reyestr əsaslı statistikanın mövcud vəziyyəti: reallıqlar və inkişaf istiqamətləri”, “Sənaye istehsalı dinamikasının müəyyənləşdirilməsi zamanı mövsümilik amilinin nəzərə alınması”, “Azərbaycanda qiymət statistikası: cari vəziyyət və perspektivlər”, “Heyvandarlığın əsas sahələrinin vəziyyəti və inkişaf perspektivləri”, “İKT-nin inkişaf indeksi, qlobal rəqabətlilik indeksi – nəzəri-metodoloji məsələlər”, “İqtisadi fəaliyyət sahələri üzrə ÜDM-in artırılmasında əmək məhsuldarlığının rolu” məqalələrindən ibarətdir. Həmçinin Rəsmi statistikanın inkişafı bölməsində Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclası, Beynəlxalq əməkdaşlıq bölməsində isə Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq tədbir, MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yeni rəsmi nəşrləri haqqında ətraflı məlumat verilmişdir.

    • Statistika xəbərləri (2017-01)

    Statistika xəbərləri (2017-01)

    Jurnalda rəsmi statistikanın əsas inkişaf istiqamətləri, müxtəlif dövlət proqramları və konsepsiyalardan irəli gələrək sosial, iqtisadi statistika sahələrinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr təhlil olunmuşdur. Bununla yanaşı, dünyada və Azərbaycanda mövcud demoqrafik vəziyyət, ailə üzvlərinin sayının və strukturunun düzgün planlaşdırılması, keyfiyyətli demoqrafik proqnozların hazırlanmasında statistik metodların və statistik məlumatların rolu və sosial sferanın idarə edilməsində müasir informasiya sisteminin vacibliyi göstərilmişdir. Həmçinin beynəlxalq tədbirlərin turizmin inkişafı üçün yaratdığı mühüm zəmindən, Azərbaycanda turizm xidmətinə xərclədiyi vəsaitdən, Azərbaycanda mədəniyyət və turizmin bundan sonra da dinamik inkişafının təmin edilməsindən, bu sahədə Azərbaycanda aparılan uğurlu siyasətdən və inkişaf dinamikasından bəhs olunmuş, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən aparılan ticarət əməliyyatları, xarici ticarət dövriyyəsində ixrac və idxal əməliyyatlarının həcmi, eyni zamanda ölkə iqtisadiyyatında maliyyə sektorunun rolunun vacibliyi, onun iqtisadi islahatların aparılmasında artan əhəmiyyətinin əsas məqsədlərinin həyata keçirilməsi vurğulanır və əsas iqtisadi göstəricilərin dinamikası kontekstində Azərbaycanın maliyyə sektorunun inkişafının əsas istiqamətləri araşdırılır. Habelə ölkələrin iqtisadi inkişaf göstəriciləri üzrə aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən hazırlanan müvafiq hesabatların mahiyyəti, metodologiyası və mexanizmlərinə, həmçinin rəsmi statistikanın göstəricilərinin siyasi tədqiqatlarda, təbliğat və əks-təbliğat işində əhəmiyyətinə həsr olunmuş, beynəlxalq standartlara uyğun olaraq, rəsmi statistikada müşahidə olunmayan iqtisadiyyatın müəyyən olunmuş sərhədləri təhlil edilmişdir.

    • Statistika xəbərləri (2016-04)

    Statistika xəbərləri (2016-04)

    Jurnalda “İqtisadi-statistik tədqiqatlar”, “Statistik standartlar və registrlər”, “Metodologiya” ilə bağlı məqalələr dərc olunmuşdur. İqtisadi-statistik tədqiqatlara “Azərbaycanda innovasiyalı sahibkarlıq fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi”, “Azərbaycan iqtisadiyyatında davamlı inkişafın sosial çağırışları və  sosial keyfiyyət modelinin formalaşdırılması vəzifələri”, “İnformasiya texnologiyaları bazarı və onun marketinq tədqiqinə yeni yanaşmalar”, “Əhalinin təbii artımına gender disproporsiyasının təsiri”, “Azərbaycanda demoqrafik proseslərdə və əhalinin məşğulluğunda baş verən dəyişiklikləri xarakterizə edən statistik göstəricilərin təhlili və qiymətləndirilməsi”, “Tikinti statistikası sahəsində əsas iqtisadi göstəricilər və onların təhlili”, “Ziyarətçi axınlarının statistik öyrənilməsi” başlıqlı məqalələr, Statistik standartlar və registrlərə “Rəsmi statistik məlumatların istehsalında inzibati məlumatların rolu”, Metodologiyaya “Kənd təsərrüfatı statistikası üzrə seçmə müayinənin təşkili” məqalələri daxildir. Həmçinin jurnalda “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, habelə 2016-cı ilin doqquz ayı üzrə ölkənin makroiqtisadi göstəriciləri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yeni rəsmi nəşrləri və 2016-cı ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.

    • Statistika xəbərləri (2016-03)

    Statistika xəbərləri (2016-03)

    2016-cı ilin III rübündə çap olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalının məqalələri 8 bölmə altında çap olunmuşdur. “Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı prosesində yeni mərhələ”, “Müasir dövrdə Azərbaycanda sahibkarlıq strategiyasının konseptual əsasları”, “Dayanıqlı inkişafın mahiyyəti və ona dair qlobal təşəbbüslərin qısa təhlili” Statistik tədqiqatlar, “Ekoloji göstəricilər sisteminin əhəmiyyəti”, “Mərkəzi icra hakimiyyəti orqanlarında beynəlxalq səviyyəyə uyğun keyfiyyətin idarə edilməsi sisteminin qurulmasının faydaları”  Statistikada standartlar, “Turizm müəssisələrində gəlirlərin və xərclərin uçotunun təkmilləşdirilməsi istiqamətləri” Milli hesablar statistikası, “Fermer təsərrüfatları məlumatlarının monitorinqi sisteminin kənd təsərrüfatı sahəsi üzrə informasiya təminatında rolu: Avropa təcrübəsinin Azərbaycanda tətbiqi”, “Aqrar sahənin inkişafinda innovasiya mexanizminin rolu” Kənd təsərrüfatı statistikası, “Əhalinin ömür uzunluğu göstəricilərinin hesablanması metodologiyaları”, “Qaçqın və məcburi köçkünlərin Samux rayonunda qeyri-infeksion xəstəliklərdən ölüm hallarının statistik təhlili” Əhali statistikası, “Milli statistika sisteminin inkişafında beynəlxalq əməkdaşlığın rolu - əldə olunmuş nəticələr və növbəti addımlar” Beynəlxalq əlaqələrin statistikanın inkişafında rolu adlı başlıqlar altında nəşr olunmuşdur.  Beynəlxalq əməkdaşlıq bölməsində isə Dövlət Statistika Komitəsinin əməkdaşlarının xaricə səfəri ilə bağlı “Bolqarıstan Respublikasının milli statistika institutuna səfər” adlı məqaləsinə də yer verilmişdir.

    • Statistika xəbərləri (2016-02)

    Statistika xəbərləri (2016-02)

    “Statistika xəbərləri” jurnalının II nömrəsində “Milli hesablar statistikası”,  “Metodoloji məsələlər”, “Dövlət proqramlarının icrasının statistik təhlili”, “Sənaye statistikası”, “Kənd təsərrüfatı statistikası”, “Əmək statistikasında beynəlxalq standartların tətbiqi”, “Normativlər” başlığı altında məqalələr dərc olunmuşdur. “Milli iqtisadiyyatda quruluş dəyişikliklərinin Ümumi Daxili Məhsulun strukturu və dinamikasına təsiri”, “İnsan kapitalı – innovativ inkişafın fundamentidir”, “Manatın devalvasiyasının sosial-iqtisadi nəticələri” Milli hesablar statistikasına, “Valyutaların alıcılıq qabiliyyəti paritetləri”, “Sənaye istehsal indeksinin hesablanmasında istifadə edilən çəkilərin yenilənməsi məsələləri”, “Теоретико-методологические подходы к управленческому анализу эффективности затрат на персонал”, “Çoxölçülü statistik təhlil əsasında yoxsulluğun müəyyənləşdirilməsi” Metodoloji məsələlərə, “Azərbaycanda dövlət proqramlaşdırmasının xüsusiyyətləri” Dövlət proqramlarının icrasının statistik təhlilinə, “Azərbaycanda sənaye siyasətinin prioritetləri” Sənaye statistikasına, “Statistical evaluation of the role of agriculture in the economy of Azerbaijan” Kənd təsərrüfatı statistikasına, “Əmək statistikasına dair yeni beynəlxalq standartların milli səviyyədə tətbiqi məsələləri” Əmək statistikasında beynəlxalq standartların tətbiqinə, “Azərbaycanda lizinqin normativ-hüquqi bazasının təkmilləşdirilməsinin əsas istiqamətləri” Normativlərə daxildir. Həmçinin sonda  Dövlət Statistika Komitəsinin Beynəlxalq səfərləri ilə əlaqədar olaraq, “BMT-nin Statistika Komissiyasının 47-ci sessiyası” və  “Dayanıqlı inkişaf məqsədləri kontekstində statistik və institusional potensialın möhkəmləndirilməsi məsələləri üzrə işçi müşavirə və Avropa Statistikləri Konfransının 64-cü plenar sessiyası” adlı məqalələrində məlumat verilmişdir.

    • Statistika xəbərləri (2016-01)

    Statistika xəbərləri (2016-01)

    2016-cı ilin ilk nəşrində məqalələr 5 bölmə altında toplanmışdır. “Metodologiya və təhlil metodları” başlığı altında “Statistik tədqiqatlarda istifadə olunan seçmə müayinələr”, “Bitkiçilik və heyvandarlıqda məhsuldarlıq göstəricilərinin statistik qiymətləndirilməsinin metodoloji əsasları”, “Statistik tədqiqatlarda təsviri statistikadan istifadə məsələləri”, “İqtisadi-statistik tədqiqatlar” başlığı altında “Azərbaycanda turizm xidməti bazarının müasir vəziyyətinin statistik təhlili və inkişaf perspektivləri”, “Gender statistikası üzrə bəzi göstəricilərin hesablanması metodologiyası”, “Ölkədə əsas ərzaq məhsullarının istehsalı və istehlakının ekonometrik təhlili”, “Standartlar və normativlər” başlığı altında “Keyfiyyətin təmin olunmasının və rəsmi statistikanın əsas prinsiplərinin milli statistikada nəzərə alınması məsələləri”, “Milli hesablar statistikası” başlığı altında “Aqrar sahənin dayanıqlı inkişafının maliyyə təminatı məsələləri”, “Milli hesablar sistemində maliyyə vasitəçilərinin şərti hesablanmış xidmətlər buraxılışının qiymətləndirilməsinin bəzi məsələləri” məqalələri nəşr olunmuşdur. Bununla yanaşı,  “Milli statistika sisteminin avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq layihəsinin təqdimatı ilə bağlı konfrans, “2016-cı ildə statistika sahəsində keçiriləcək beynəlxalq tədbirlərin siyahısı” adlı məqalələrlə Dövlət Statistika Komitəsinin konfransla bağlı səfəri və gələcək beynəlxalq tədbirləri ilə bağlı məlumatlar verilmişdir.

    • Statistika xəbərləri (2015-01)

    Statistika xəbərləri (2015-01)

    Jurnalda rəsmi statistikanın əsas inkişaf istiqamətləri, müxtəlif dövlət proqramları və konsepsiyalardan irəli gələrək sosial, iqtisadi statistika sahələrinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr təhlil olunmuşdur. Bununla yanaşı, dünyada və Azərbaycanda mövcud demoqrafik vəziyyət, ailə üzvlərinin sayının və strukturunun düzgün planlaşdırılması, keyfiyyətli demoqrafik proqnozların hazırlanmasında statistik metodların və statistik məlumatların rolu və sosial sferanın idarə edilməsində müasir informasiya sisteminin vacibliyi göstərilmişdir. Həmçinin beynəlxalq tədbirlərin turizmin inkişafı üçün yaratdığı mühüm zəmindən, Azərbaycanda turizm xidmətinə xərclədiyi vəsaitdən, Azərbaycanda mədəniyyət və turizmin bundan sonra da dinamik inkişafının təmin edilməsindən, bu sahədə Azərbaycanda aparılan uğurlu siyasətdən və inkişaf dinamikasından bəhs olunmuş, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən aparılan ticarət əməliyyatları, xarici ticarət dövriyyəsində ixrac və idxal əməliyyatlarının həcmi, eyni zamanda ölkə iqtisadiyyatında maliyyə sektorunun rolunun vacibliyi, onun iqtisadi islahatların aparılmasında artan əhəmiyyətinin əsas məqsədlərinin həyata keçirilməsi vurğulanır və əsas iqtisadi göstəricilərin dinamikası kontekstində Azərbaycanın maliyyə sektorunun inkişafının əsas istiqamətləri araşdırılır. Habelə ölkələrin iqtisadi inkişaf göstəriciləri üzrə aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən hazırlanan müvafiq hesabatların mahiyyəti, metodologiyası və mexanizmlərinə, həmçinin rəsmi statistikanın göstəricilərinin siyasi tədqiqatlarda, təbliğat və əks-təbliğat işində əhəmiyyətinə həsr olunmuş, beynəlxalq standartlara uyğun olaraq, rəsmi statistikada müşahidə olunmayan iqtisadiyyatın müəyyən olunmuş sərhədləri təhlil edilmişdir.