Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2017-01)

    Statistika xəbərləri (2017-01)

    Jurnaldakı məqalələrə baxmaq üçün buraya klikləyin.
    2017-ci ilin I rübündə çap olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalının məqalələri 6 bölmədən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsinə “Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi və inkişaf”, “Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının Kobb-Duqlas funksiyası ilə təhlili”, “İstehlak bazarında marketinq logistikasının rolu və səmərəliliyi”,  “Firmanın innovasiyalı inkişafında qeyri-maddi aktivlərin rolu və onun qiymətləndirilməsinin bəzi məsələləri”, “İnsan kapitalının formalaşmasında təhsilin rolu”, “Dayanıqlı inkişafın göstəricilər sisteminin statistik metodlarla tədqiqi”, “Ərzaq təhlükəsizliyinin statistik tədqiqi”adlı məqalələr, “Metodologiya” bölməsinə “Əhali sayının proqnozlaşdırılması üzrə metodoloji yanaşma aspektləri”, “Seçmə statistika müşahidələrinin aparılmasının metodoloji əsasları”, “Statistik tədqiqatın təşkili məsələləri” adlı məqalələr daxildir. Həmçinin jurnalın bu nömrəsində 2016-cı ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəriciləri vəTahir Budaqovun Banqkok səfəri haqqında məlumatlara yer verilmişdir.

    • Statistika xəbərləri (2016-04)

    Statistika xəbərləri (2016-04)

    “Statistika xəbərləri” jurnalının IV nömrəsi “İqtisadi-statistik tədqiqatlar”, “Statistik standartlar və registrlər” və “Metodologiya” bölmələrindən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsində “Azərbaycanda innovasiyalı sahibkarlıq fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi”, “Azərbaycan iqtisadiyyatında davamlı inkişafın sosial çağırışları və sosial keyfiyyət modelinin formalaşdırılması vəzifələri”, “İnformasiya texnologiyaları bazarı və onun marketinq tədqiqinə yeni yanaşmalar”, “Əhalinin təbii artımına gender disproporsiyasının təsiri”, “Azərbaycanda demoqrafik proseslərdə və əhalinin məşğulluğunda baş verən dəyişiklikləri xarakterizə edən statistik göstəricilərin təhlili və qiymətləndirilməsi”, “Tikinti statistikası sahəsində əsas iqtisadi göstəricilər və onların təhlili”, “Ziyarətçi axınlarının statistik öyrənilməsi”; “Statistik standartlar və registrlər” bölməsində “Rəsmi statistik məlumatların istehsalında inzibati məlumatların rolu”; “Metodologiya” bölməsində isə “Kənd təsərrüfatı statistikası üzrə seçmə müayinənin təşkili” adlı məqalələr dərc olunmuşdur. Həmçinin jurnalda “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, habelə 2016-cı ilin doqquz ayı üzrə ölkənin makroiqtisadi göstəriciləri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yeni rəsmi nəşrləri və 2016-cı ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.

    • Statistika xəbərləri (2016-03)

    Statistika xəbərləri (2016-03)

    2016-cı ilin III rübündə çap olunmuş “Statistika xəbərləri” elmi-praktik jurnalı 8 bölmədən ibarətdir. “Statistik tədqiqatlar” bölməsinə “Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı prosesində yeni mərhələ”, “Müasir dövrdə Azərbaycanda sahibkarlıq strategiyasının konseptual əsasları”, “Dayanıqlı inkişafın mahiyyəti və ona dair qlobal təşəbbüslərin qısa təhlili”, “Statistikada standartlar” bölməsinə “Ekoloji göstəricilər sisteminin əhəmiyyəti”, “Mərkəzi icra hakimiyyəti orqanlarında beynəlxalq səviyyəyə uyğun keyfiyyətin idarə edilməsi sisteminin qurulmasının faydaları”, “Milli hesablar statistikası” bölməsinə “Turizm müəssisələrində gəlirlərin və xərclərin uçotunun təkmilləşdirilməsi istiqamətləri”, “Kənd təsərrüfatı statistikası” bölməsinə “Fermer təsərrüfatları məlumatlarının monitorinqi sisteminin kənd təsərrüfatı sahəsi üzrə informasiya təminatında rolu: Avropa təcrübəsinin Azərbaycanda tətbiqi”, “Aqrar sahənin inkişafinda innovasiya mexanizminin rolu”, “Əhali statistikası” bölməsinə “Əhalinin ömür uzunluğu göstəricilərinin hesablanması metodologiyaları”, “Qaçqın və məcburi köçkünlərin Samux rayonunda qeyri-infeksion xəstəliklərdən ölüm hallarının statistik təhlili”, “Beynəlxalq əlaqələrin statistikanın inkişafında rolu” bölməsinə “Milli statistika sisteminin inkişafında beynəlxalq əməkdaşlığın rolu - əldə olunmuş nəticələr və növbəti addımlar” adlı məqalələr daxildir. "Beynəlxalq əməkdaşlıq” bölməsində isə Dövlət Statistika Komitəsinin əməkdaşlarının Bolqarıstan Respublikasının milli statistika institutuna səfəri haqqında məlumat verilmişdir.

    • Statistika xəbərləri (2016-02)

    Statistika xəbərləri (2016-02)

    “Statistika xəbərləri” jurnalının II nömrəsi “Milli hesablar statistikası”, “Metodoloji məsələlər”, “Dövlət proqramlarının icrasının statistik təhlili”, “Sənaye statistikası”, “Kənd təsərrüfatı statistikası”, “Əmək statistikasında beynəlxalq standartların tətbiqi” və “Normativlər” bölmələrini əhatə etmişdir. “Milli hesablar statistikası” bölməsində “Milli iqtisadiyyatda quruluş dəyişikliklərinin Ümumi Daxili Məhsulun strukturu və dinamikasına təsiri”, “İnsan kapitalı – innovativ inkişafın fundamentidir”, “Manatın devalvasiyasının sosial-iqtisadi nəticələri”; “Metodoloji məsələlər” bölməsində “Valyutaların alıcılıq qabiliyyəti paritetləri”, “Sənaye istehsal indeksinin hesablanmasında istifadə edilən çəkilərin yenilənməsi məsələləri”, “Теоретико-методологические подходы к управленческому анализу эффективности затрат на персонал”, “Çoxölçülü statistik təhlil əsasında yoxsulluğun müəyyənləşdirilməsi”; “Dövlət proqramlarının icrasının statistik təhlili” bölməsində “Azərbaycanda dövlət proqramlaşdırmasının xüsusiyyətləri”; “Sənaye statistikası” bölməsində “Azərbaycanda sənaye siyasətinin prioritetləri”; “Kənd təsərrüfatı statistikası” bölməsində “Statistical evaluation of the role of agriculture in the economy of Azerbaijan”; “Əmək statistikasında beynəlxalq standartların tətbiqi” bölməsində “Əmək statistikasına dair yeni beynəlxalq standartların milli səviyyədə tətbiqi məsələləri”; “Normativlər” bölməsində isə “Azərbaycanda lizinqin normativ-hüquqi bazasının təkmilləşdirilməsinin əsas istiqamətləri” adlı məqalələr dərc olunmuşdur. Jurnalda həmçinin “BMT-nin Statistika Komissiyasının 47-ci sessiyası”, “Dayanıqlı inkişaf məqsədləri kontekstində statistik və institusional potensialın möhkəmləndirilməsi məsələləri üzrə işçi müşavirə və Avropa Statistikləri Konfransının 64-cü plenar sessiyası” və bu beynəlxalq tədbirlərdə Dövlət Statistika Komitəsinin iştirakı haqqında məlumat verilmişdir.

    • Statistika xəbərləri (2016-01)

    Statistika xəbərləri (2016-01)

    2016-cı ilin ilk nəşrində məqalələr 5 bölmə altında toplanmışdır. “Metodologiya və təhlil metodları” başlığı altında “Statistik tədqiqatlarda istifadə olunan seçmə müayinələr”, “Bitkiçilik və heyvandarlıqda məhsuldarlıq göstəricilərinin statistik qiymətləndirilməsinin metodoloji əsasları”, “Statistik tədqiqatlarda təsviri statistikadan istifadə məsələləri”, “İqtisadi-statistik tədqiqatlar” başlığı altında “Azərbaycanda turizm xidməti bazarının müasir vəziyyətinin statistik təhlili və inkişaf perspektivləri”, “Gender statistikası üzrə bəzi göstəricilərin hesablanması metodologiyası”, “Ölkədə əsas ərzaq məhsullarının istehsalı və istehlakının ekonometrik təhlili”, “Standartlar və normativlər” başlığı altında “Keyfiyyətin təmin olunmasının və rəsmi statistikanın əsas prinsiplərinin milli statistikada nəzərə alınması məsələləri”, “Milli hesablar statistikası” başlığı altında “Aqrar sahənin dayanıqlı inkişafının maliyyə təminatı məsələləri”, “Milli hesablar sistemində maliyyə vasitəçilərinin şərti hesablanmış xidmətlər buraxılışının qiymətləndirilməsinin bəzi məsələləri” məqalələri nəşr olunmuşdur. Bununla yanaşı,  “Milli statistika sisteminin avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq layihəsinin təqdimatı ilə bağlı konfrans, “2016-cı ildə statistika sahəsində keçiriləcək beynəlxalq tədbirlərin siyahısı” adlı məqalələrlə Dövlət Statistika Komitəsinin konfransla bağlı səfəri və gələcək beynəlxalq tədbirləri ilə bağlı məlumatlar verilmişdir.

    • Statistika xəbərləri (2015-01)

    Statistika xəbərləri (2015-01)

    Jurnaldakı məqalələrə baxmaq üçün buraya klikləyin
    Jurnalda rəsmi statistikanın əsas inkişaf istiqamətləri, müxtəlif dövlət proqramları və konsepsiyalardan irəli gələrək sosial, iqtisadi statistika sahələrinin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr təhlil olunmuşdur. Bununla yanaşı, dünyada və Azərbaycanda mövcud demoqrafik vəziyyət, ailə üzvlərinin sayının və strukturunun düzgün planlaşdırılması, keyfiyyətli demoqrafik proqnozların hazırlanmasında statistik metodların və statistik məlumatların rolu və sosial sferanın idarə edilməsində müasir informasiya sisteminin vacibliyi göstərilmişdir. Həmçinin beynəlxalq tədbirlərin turizmin inkişafı üçün yaratdığı mühüm zəmindən, Azərbaycanda turizm xidmətinə xərclənən vəsaitdən, Azərbaycanda mədəniyyət və turizmin bundan sonra da dinamik inkişafının təmin edilməsindən, bu sahədə Azərbaycanda aparılan uğurlu siyasətdən və inkişaf dinamikasından bəhs olunmuş, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən aparılan ticarət əməliyyatları, xarici ticarət dövriyyəsində ixrac və idxal əməliyyatlarının həcmi, eyni zamanda ölkə iqtisadiyyatında maliyyə sektorunun rolunun vacibliyi, onun iqtisadi islahatların aparılmasında artan əhəmiyyətinin əsas məqsədlərinin həyata keçirilməsi vurğulanır və əsas iqtisadi göstəricilərin dinamikası kontekstində Azərbaycanın maliyyə sektorunun inkişafının əsas istiqamətləri araşdırılır. Habelə, ölkələrin iqtisadi inkişaf göstəriciləri üzrə aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən hazırlanan müvafiq hesabatların mahiyyəti, metodologiyası və mexanizmlərinə, həmçinin rəsmi statistikanın göstəricilərinin siyasi tədqiqatlarda, təbliğat və əks-təbliğat işində əhəmiyyətinə həsr olunmuş, beynəlxalq standartlara uyğun olaraq, rəsmi statistikada müşahidə olunmayan iqtisadiyyatın müəyyən olunmuş sərhədləri təhlil edilmişdir.