Statistik metod və standartlar

STATİSTİK TƏDQİQATIN TƏŞKİLİ MƏSƏLƏLƏRİ

Dinamik dəyişən iqtisadi, sosial və ekoloji proseslərin inteqrativ (kompleks) öyrənilməsində statistik tədqiqatlar kifayət qədər geniş tətbiq edilir. Statistik tədqiqatlar siyasətin formalaşdırılması üçün mühüm informasiya mənbəyi hesab olunur və əsas məqsədi seçilmiş nümunələrin xarakteristikaları əsasında baş məcmunun xarakteristikaları haqqında mülahizənin irəli sürülməsidir. Bu zaman seçmə statistik müşahidə məlumatlarının baş məcmuya şamil edilməsi müasir informasiya texnologiyalarından və statistik metodlardan istifadə etməklə yerinə yetirilir.

pdf Ətraflı

AQRAR SAHƏNİN İNKİŞAFINDA İNNOVASİYA MEXANİZMİNİN ROLU

Azərbaycan hökumətinin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri müasir dövrdə innovativ iqtisadiyyata keçidi sürətləndirməkdən, modernləşdirmə xəttinə uyğun olaraq, ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiq olunmasından və nəticədə regional miqyaslı proqramların icrasına nail olmaqdan ibarətdir. Məqalədə respublikamızda aqrar sahənin artım dinamikasının dəyişməsi prosesindən, müstəqillik dövründə qəbul edilən çevik qərarların müsbət nəticəsindən, dünya praktikasının ən son modern nümunələrini və sürətli inkişafın ahənginə uyğun qabaqcıl innovasiyaları  aqrar sahənin inkişafının sürətlənməsinə yönəltməyin zəruriliyindən bəhs olunur.

pdf Ətraflı

ƏHALİNİN ÖMÜR UZUNLUĞU GÖSTƏRİCİLƏRİNİN HESABLANMASI METODOLOGİYALARI

Beynəlxalq statistika standartına görə ölkənin və onun regionlarının insan kapitalı indeksinin hesablanması zamanı adambaşına ÜDM, əhalinin təhsil səviyyəsi və ömür uzunluğu göstəricilərindən istifadə olunur. Bu məqsədlə beynəlxalq metodologiyaya uyğun olaraq, ömür uzunluğu göstəricisi hesablanır. Davamlı olaraq ömür uzunluğunun artması qismən tibbi texnologiyaların müasir standartlara cavab verməsi ilə sosial proqramların və səhiyyə proqramlarının xroniki xəstəliklərlə mübarizəyə tətbiq edilməsindən asılıdır, bu isə əhali arasında həmin xəstəliklərdən ölüm hallarını daha yuxarı yaşlara gətirib çıxarır.

pdf Ətraflı

STATİSTİK TƏDQİQATLARDA TƏSVİRİ STATİSTİKADAN İSTİFADƏ MƏSƏLƏLƏRİ

Statistik tədqiqatlar başdan-başa müşahidədən fərqli olaraq daha çox elmi-metodoloji yanaşma tələb edir. Statistik tədqiqatın təşkili və nəticələrin təhlili statistik metodlara və  qiymətləndirmə üsullarına əsaslanır. 

Statistik qiymətləndirmədə istifadə olunan təsviri (diskriptiv) statistika tədqiqatların  elmi üsullarla təşkilini şərtləndirir. Təsviri statistikanın əsas məqsədi  məlumatların işlənib hazırlanması, onların sistemləşdirilməsi, qrafik və cədvəl şəklində əyani təsviri, eləcə də əsas statistik göstəricilərdən istifadə etməklə məcmunun kəmiyyət baxımından təsvir edilməsindən ibarətdir.

pdf Ətraflı

Kənd təsərrüfatı statistikası da daxil olmaqla, müəssisələr statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydaları

Müasir informasiya texnologiyaları və ekonometriya elminin nailiyyətlərinin statistik müşahidələrdə geniş tətbiqi statistik məlumatların keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Məlumdur ki, seçmə statistik müşahidələrin nəzəri-metodoloji əsaslarını statistikanın ümumi nəzəriyyəsi - riyazi statistika, tətbiqi statistika, ekonometrika, ekoloqometrika elmləri öyrənir. Ekonometrika iqtisadi məlumatların statistik tədqiqatı, sosiometrika sosial məlumatların statistik tədqiqatı, ekoloqometrika ekoloji məlumatların statistik tədqiqidır. Ekonometrik təhlil mikro məlumat bazası əsasında aparılır, məlumatlar  qruplaşdırılır və təhlil edilir. Böyük həcmli mikro məlumatların  qruplaşdırılması və statistik tədqiqi və təhlili ancaq müasir proqram paketi (SPSS, Statistika, SAS və s.) vasitəsi ilə mümkündür.

pdf Ətraflı

Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları

Bazar əmtəələrin (xidmətlərin) və digər obyektlərin alqı-satqısı ilə əlaqədar təsərrüfat subyektləri arasında olan sosial-iqtisadi münasibətlər sistemidir. O əmtəə təsərrüfatının iqtisadi kateqoriyası kimi, özündə əmtəə-pul tədavülü sferasını təcəssüm etdirir, əmtəə və xidmətlərin istehsalçıları ilə istehlakçıları arasında konkret əlaqə və münasibətlərin məcmusunu əhatə edir.

Müasir bazar mürəkkəb struktura malikdir və çoxsahəli sistem üzrə fəaliyyət göstərir. Bazarın quruluşu və sistemi onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəə təminatı, rəqabət səviyyəsi, satış xarakteri, əmtəənin çeşidi və s. xüsusiyyətlərə görə xarakterizə edilir.

pdf Ətraflı

Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair

Enerji daşıyıcılarının (məhsullarının və ya ehtiyatlarının) balansları onların yaranma mənbələri və istifadə məqsədlərini özündə əks etdirən iki hissəli balans cədvəlidir. Balansın birinci hissəsi ehtiyatların mövcudluğunu, onların yaranma mənbələrinə dair məlumatları, ikinci hissəsi isə ehtiyatlardan istifadəyə dair məlumatları özündə əks etdirir. Başqa sözlə, enerji balansı məhsulun hasilatından tutmuş onun son istehlakına qədər bütün mərhələlər barədə statistik məlumatlar mənbəyidir.

pdf Ətraflı

Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslanmaqla müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair

Məlum olduğu kimi, ancaq iqtisadi artım inkişafı tam təmin edə bilmir. Ekoloji və sosial inkişaf ölkənin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün bir çox ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük verilir. Təbii ehtiyatların mühafizəsi və bərpası, əhalinin həyat səviyyəsinin yüksəlməsi inkişafın prioritet istiqamətlərindən biri hesab edilir. Belə inkişaf davamlı olur, ətraf mühit qorunur, əhalinin sağlamlığı, yüksək həyat şəraiti təmin edilir, təbii və insan ehtiyatlarından səmərəli istifadə edilir, işsizlik və yoxsulluq səviyyəsi aradan qaldırılır. Qeyd edilməlidir ki, sosial problemlərin həlli öz növbəsində ekoloji və iqtisadi  problemlərin həllindən asılıdır.

pdf Ətraflı

İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi

İqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə prinsiplərindən bazar münasibətlərinə keçid dövründə iqtisadi təhlil və proqnozlaşdırmanın yeni metodoloji bazasının yaradılması tələb edilir. Bunun üçün mövcud metodoloji materiallara tənqidi baxışla yeni konsepsiya hazırlamaq lazımdır. Bu konsepsiyanın əsasında Milli hesablar sisteminin və müasir statistikaya əsaslanmış ekonometrik modellər durur. İqtisadi nəzəriyyədə problemlərin makro, mezo, mikro və qalan dünya (xarici sektor) səviyyəsində təhlil edildiyinə görə inkişaf etmiş ölkələrdə modelləşdirmə və proqnozlaşdırma bu səviyyələrdə aparılır.

pdf Ətraflı